Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir | Banco.az

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp deyib ki, o, Rusiyaya qarşı yeni sanksiyaları “mütləq” nəzərdən keçirir.

Banco.az xəbər verir ki, həftə sonu Rusiya ilə Ukrayna arasında məhkum mübadiləsi baş versə də, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi raket və dron hücumları atəşkəsə dair ümidləri zəiflədib.

Hücumların ardından açıqlama verən Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları “qəti şəkildə” nəzərdən keçirdiyini bildirib.

Tramp, Rusiya Prezidenti Vladimir Putin ilə bağlı məyusluğunu dilə gətirərək, “Putinin etdiklərindən razı deyiləm. O, çox sayda insanı öldürür, bu heç də xoş bir şey deyil,” deyə qeyd edib. O, Truth Social platformasında verdiyi açıqlamada isə Putin üçün “tamamilə dəli olub” ifadəsini işlədib.

Rusiya hücumlarda Kiyevi də hədəf alıb, Ukrayna isə 12 nəfərin həyatını itirdiyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram