Müəllif:Mehin Qasımova,Banco.az
“Claude” süni intellekt çatbotunun yaradıcısı “Anthropic” şirkəti ilkin kütləvi səhm təklifi (IPO) vasitəsilə 64,4 milyard dollara qədər vəsait toplamağı planlaşdırır.
Banco.az xəbər verir ki, şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədə əsasən, səhmlərini hər biri 70-78 dollar arasında təklif etməyi nəzərdə tutur.
Bu çərçivədə “Anthropic” 801,4 milyon, mövcud səhmdarları isə 23,6 milyon səhm satışa çıxarmağı planlaşdırır. Səhmlərin qiyməti müəyyən edilmiş intervalın yuxarı həddinə çatarsa, şirkətin bazar dəyəri təxminən 1 trilyon dollar ola bilər.
Bununla belə, şirkətin hədəfi “SpaceX”in rekord IPO-su zamanı əldə etdiyi 75 milyard dollarlıq ilkin vəsaitdən geri qalır. Əlavə səhm satışı imkanları nəzərə alındıqda bu məbləğ 86,2 milyard dollara çatıb.
Qeyd edək ki, “Anthropic”in IPO prosesinə “Goldman Sachs” və “Morgan Stanley” daxil olmaqla 22 bankın rəhbərlik etdiyi bildirilir. Şirkətin səhmlərinin Nasdaq birjasında ANT kodu ilə ticarətə çıxarılması gözlənilir.
