Tramp Rusiyaya qarşı sanksiyaları ABŞ-Rusiya danışıqları əsasında müəyyən edəcək | Banco.az

Tramp Rusiyaya qarşı sanksiyaları ABŞ-Rusiya danışıqları əsasında müəyyən edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imzalanma mərasimindən sonra gündəmlə bağlı mətbuata açıqlamalar verib.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Moskvada Rusiya rəsmiləri ilə danışıqlar aparacaqlarını və bu danışıqların nəticələrinə əsasən Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalara qərar verəcəklərini bəyan edib.

Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndə Steve Witkoffun bu gün Moskvada Rusiya tərəfi ilə görüşəcəyini xatırladıb və bu danışıqların nəticəsini gözlədiyini bildirib.

Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyaların 100% olacağı iddiasına cavab verən Tramp  qeyd edib ki, mən heç vaxt faiz rəqəmi verməmişəm, amma bununla bağlı çox iş görəcəyik.

Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirmək istədiyini, lakin prosesin göründüyündən də mürəkkəb olduğunu vurğulayan ABŞ prezidenti Hindistan-Pakistan münaqişəsində oynadığı rolu misal çəkərək, bu müharibəni də tez bitirmək istədiyini bildirib.

ABŞ prezidenti Tramp atəşkəs və sülh prosesi ilə bağlı addım atmamaqda ittiham etdiyi Rusiyaya qarşı tezliklə ciddi sanksiyalar tətbiq edəcəyini açıqlayıb.