Tramp Nvidia-ya "H200" çiplərini Çinə ixrac etməyə icazə verib | Banco.az

Tramp Nvidia-ya "H200" çiplərini Çinə ixrac etməyə icazə verib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Nvidia-nın H200 AI çiplərinin milli təhlükəsizlik şərtləri altında Çinə və təsdiqlənmiş digər ölkələrə ixracına icazə veriləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Prezident bunun müqabilində ABŞ-ın 25% pay alacağı açıqlayıb.

Tramp məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O, Çin prezidenti Si Cinpinin ABŞ-ın Nvidia-ya "H200" çiplərini ABŞ-ın milli təhlükəsizliyinin möhkəm saxlanmasını təmin edən şərtlər altında Çin və digər ölkələrdəki təsdiq edilmiş müştərilərə göndərməsinə icazə verəcəyini bildirdi. Si-Cinpinin müsbət cavab verdiyini qeyd edən Tramp ABŞ-ın 25% pay alacağını qeyd edib.