Müəllif:Mehin Qasımova,Banco.az
Tramp Konqresin iki müsəlman üzvünün ölkədən çıxarılmasını tələb edib.
Banco.az xəbər verir ki, Tramp Tlaib və Ömərlə bağlı açıqlamasında deyib:
"Əgər insanlar bu cür davrana bilirlərsə və ölkəmiz üçün çox pis olan saxtakar və korrupsioner siyasətçilər kimi tanınırlarsa, onlar mümkün qədər tez gəldikləri yerə geri göndərilməlidirlər".
Konqresin müsəlman üzvləri Rəşidə Tlaib və İlhan Ömər Trampın ikinci müddətindəki ilk "Birliyin vəziyyəti" çıxışı zamanı ona etirazlarını bildiriblər.
Demokratları sərhədi təmin edə bilməməkdə günahlandıran Tramp çıxışında deyib: "Bu gecə bütün Konqres üzvlərini administrasiyama qoşulmağa və fundamental prinsipi təsdiqləməyə dəvət edirəm. Əgər bu bəyanatla razısınızsa, ayağa qalxın və dəstəyinizi göstərin. Amerika hökumətinin ilk vəzifəsi qanunsuz immiqrantları deyil, Amerika vətəndaşlarını qorumaqdır".
