Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp əvvəllər tətbiq etdiyi artırılmış idxal rüsumlarının qüvvəyə minməsi ilə bağlı 90 günlük gecikməni uzatmağı planlaşdırmır.
Banco.az xəbər verir ki, ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib.
Məlumata görə, ABŞ prezidenti razılığa gəlməyənlər üçün tarif səviyyələri təyin etmək istəyir. Sözügedən idxal tarifləri ilə bağlı qərar Vaşinqtonun ticarət tərəfdaşlarının əksəriyyətinə təsir edir.
"Hazırda heç bir uzadılma görmürəm. Əslində, hesab edirəm ki, bu, son tarixdir və prezident yalnız sövdələşmə bağlaya bilməyənlərə hansı dərəcələrin tətbiq ediləcəyini müəyyən etmək niyyətindədir", - departament rəhbəri deyib.
O, həmçinin yaxın həftələrdə ABŞ-ın digər ölkələrlə xarici bazarları Amerika məhsullarına açacaq ticarət müqavilələri imzalayacağına əminliyini ifadə edib. Bundan əlavə, Latnik bildirib ki, bu sövdələşmələr dünyada “ABŞ-a ədalətli münasibəti” təmin edəcək idxal tarifləri müəyyən etməlidir.
Xatırladaq ki, mayın 25-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə söhbətdən sonra Tramp ABŞ-ın Aİ ölkələrindən gələn məhsullara 50 faizlik ticarət rüsumunun tətbiqini iyulun 9-na qədər təxirə salacağını açıqlamışdı. Tarif qərarı iyunun 1-də qüvvəyə minməli idi. Von der Leyen də öz növbəsində bildirib ki, qalan müddətdə Brüssel Vaşinqtonla ticarət sazişi bağlamaq istəyir.