Müəllif: Tamara Mustafayeva, Banco.az
"Real America’s Voice" proqramına müsahibə verən Donald Tramp ABŞ-ın mümkün ticarət razılaşmaları barədə açıqlamalar verib.
Banco.az xəbər verir ki, Tramp 1 avqustda qüvvəyə minməsi gözlənilən tariflərdən əvvəl bir çox ölkə ilə danışıqların davam etdiyini bildirib.
O, Hindistanla ticarət razılaşmasının əldə olunmasına çox yaxın olduqlarını söyləyərək, "Avropa ilə də nələrsə edə bilərik", – deyə qeyd edib.
Tramp Kanada ilə razılaşmaya gəlmək ehtimalı barədə isə hələlik bir şey demək üçün tez olduğunu bildirib.
Prezident Tramp 9 iyulda başa çatan tariflərin təxirə salınması müddətinin 1 avqustadək uzadılması ilə bağlı fərmanı imzalamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!