Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır | Banco.az

Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır

"Amerikanın idxal olunan mallara tətbiq etdiyi tariflər ABŞ-a gündəlik 2 milyard dollar gəlir gətirir"

Banco.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

"Və sizin eşitdiyiniz tariflər haqqında bilmək istəyənlər üçün demək olar ki, gündə 2 milyard dollar tariflər alırıq və biz çox yaxşı işləyirik. Vaşinqton öz mallarını ABŞ-a ixrac etmək istəyən 70-dən çox ölkə ilə danışıqlar aparır. Bizim problemimiz odur ki, biz bu qədər ölkəni tez bir zamanda qəbul edə bilmirik, lakin buna ehtiyacımız yoxdur, çünki bildiyiniz kimi, tariflər işləyir və ölkəyə pul əvvəllər görmədiyimiz səviyyədə axır və bu, bizim üçün əla olacaq", - Ağ ev lideri əlavə edib.

Tramp qeyd edib ki, bir çox ölkələr Vaşinqtonla ticarət müqavilələri bağlamaq istəyir.

 "İndi Yaponiya bura müqavilə bağlamaq üçün Vaşinqtona gələcək. Cənubi Koreya müqavilə bağlamaq üçün buraya uçur,digər ölkələr də gələcək",- deyə Tramp qeyd edib.