Tramp gələn həftə yarımkeçiricilərin idxalına tarifləri açıqlayacaq | Banco.az

Tramp gələn həftə yarımkeçiricilərin idxalına tarifləri açıqlayacaq

Tramp gələn həftə yarımkeçiricilərin idxalına tarifləri açıqlayacaq.

Banco.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə deyib.

"Tariflər yaxın gələcəkdə qüvvəyə minəcək", - Ağ ev rəhbəri deyib.

O, çiplərin, yarımkeçiricilərin və digər məhsulların ABŞ-da hazırlanmasını istədiyini deyir.

Tramp sözügedən yarımkeçiricilər üçün tarifin ölçüsünü dəqiqləşdirməyib.

ABŞ prezidenti həmçinin dərman vasitələrinə tarifləri tezliklə elan edəcəyinə söz verib.

“Bu ölkədən kənarda olan şirkətlərə tariflər qoymaqla biz dərmanlarımızı ABŞ-da istehsal edəcəyik ki, müharibə olarsa, nəsə olarsa, Çindən və digər  ölkələrdən asılı olmayaq” , - Ağ ev rəhbəri deyib.