Tramp: Faiz dərəcələri aşağı salınmasa, iqtisadi yavaşlama olacaq | Banco.az

Tramp: Faiz dərəcələri aşağı salınmasa, iqtisadi yavaşlama olacaq

 "Faiz dərəcələri aşağı salınmasa, iqtisadi yavaşlama olacaq".

Banco.az xəbər verir ki, bu sözləri Donald Tramp öz sosial şəbəkə hesabında qeyd edib.

ABŞ prezidenti Tramp FED sədri Pauellə bağlı tənqidlərini davam etdirərək, FED faiz dərəcələrini aşağı salmasa, iqtisadi yavaşlama olacaq xəbərdarlığını edib.

"Bu xərclər çox gözəl şəkildə azalmağa başladığı üçün, proqnozlaşdırdığım kimi, bizdə inflyasiya demək olar ki, olmaya bilər, lakin böyük itki verən cənab Too Late indi faiz dərəcələrini aşağı salmasa, iqtisadiyyatda yavaşlama baş verə bilər", - Tramp Truth Social-da yazıb.