Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp Cənubi Koreya və Yaponiyaya 25 faizlik gömrük rüsumları tətbiq edəcək.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Yaponiyaya və Cənubi Koreyaya göndərdiyi "tarif məktublarında" bu ölkələrdən 1 avqustdan etibarən ABŞ-a göndərilən bütün məhsullara, sektorlar üzrə tariflərdən əlavə olaraq, 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini bildirib.
Tramp "Truth Social" sosial media hesabında Cənubi Koreya və Yaponiya ilə bağlı tarif məktublarını paylaşıb.
Məktublarda Tramp ABŞ-ın bu ölkələrlə əhəmiyyətli ticarət kəsiri verməsinə baxmayaraq əməkdaşlığı davam etdirəcəyini, lakin bunun yalnız daha balanslı və ədalətli ticarət əsasında mümkün ola biləcəyini qeyd edib.
Tramp "Bu səbəbdən sizi dünyanın açıq şəkildə bir nömrəli bazarı olan ABŞ-ın möhtəşəm iqtisadiyyatına qoşulmağa dəvət edirik" ifadəsini işlədərək, Yaponiya və Cənubi Koreya ilə ticarət əlaqələrinin qarşılıqlı faydalılıqdan uzaq olduğunu iddia edib.
Bizi sosial şəbəkələrdən izləyin!!