ABŞ prezidenti Donald Tramp ticarət danışıqlarının nəticəsindən asılı olmayaraq bütün ölkələr üçün idxal tariflərini 10% səviyyəsində saxlamağa hazırlaşır.
Banco.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.
"Prezident təkcə Böyük Britaniya üçün deyil, bütün digər ölkələrlə ticarət danışıqları üçün 10% baza tarifinə sadiqdir. Prezident baza dərəcəsini 10% səviyyəsində saxlamaqda qərarlıdır. Mən onunla indicə bu barədə danışdım", - mətbuat katibi bildirib.
Birləşmiş Ştatlar və Britaniya cümə axşamı yeni ticarət razılaşması əldə ediblər. Bu, ABŞ administrasiyası tərəfindən müzakirə edilən bir sıra ticarət sövdələşmələrinin ilki idi.