Müəllif:Mehin Qasımova,Banco.az
Donald Tramp Braziliyanın sabiq prezident Jair Bolsonaronu mühakimə etməsinə və ABŞ texnologiya firmalarının senzurasına dair iddialara əsaslanaraq, Braziliyanın avqustun 1-dən bütün Braziliya mallarına 50 faizlik gömrük rüsumunun tətbiq edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Tramp Braziliya hökumətinə yazdığı məktubda Bolsonaronun məhkəməsini “beynəlxalq biabırçılıq” adlandırıb, Braziliya Ali Məhkəməsini Truth Social, Rumble və X kimi platformaları hədəf alaraq ifadə azadlığına hücum etməkdə günahlandırıb və ABŞ-ın Braziliya təcrübələri ilə bağlı ticarət araşdırması başlatması ilə bağlı əlavə tariflərin tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Prezident Luiz İnasio Lula da Silva Trampın sözlərini rədd edərək qeyd edib ki, biz suveren ölkəyik: "Biz müdaxiləni qəbul etmirik".