Müəllif:Mehin Qasımova,Banco.az
Tramp bəzi ölkələrə cavab rüsumları tətbiq edəcək.
Banco.az xəbər verir ki, bunu Ağ ev rəhbəri jurnalistlərə açıqlamasında deyib.
"Artıq bizə çoxlu milyardlarla dollar gəlib və aprelin 2-də böyük məbləğdə vəsait daxil olmağa başlayacaq. Mən bunu aprelin 1-də edərdim, amma siz bilirsiniz ki, 1 aprel hansı gündür", - Tramp zarafat edib.
Jurnalistlər ondan müəyyən əmtəə məhsulları - polad və alüminium üçün hər hansı istisnaların nəzərdə tutulub-tutulmayacağına aydınlıq gətirməsini xahiş ediblər.
“Xeyr, mənim belə bir niyyətim yoxdur”,- deyə ABŞ prezidenti cavab verib.
Tramp bəyan edib ki, onun administrasiyası beynəlxalq ticarət məsələlərində qarşılıqlılıq prinsipinə əməl edəcək. Fevralın 10-da o, ABŞ-a bütün xarici polad və alüminium göndərişlərinə 25% rüsum tətbiq etməyi əmr etdi. Qanun martın 12-dən qüvvəyə minib.