Tramp ABŞ-ın Çinlə ədalətli ticarət sazişi bağlaya biləcəyinə inanır | Banco.az

Tramp ABŞ-ın Çinlə ədalətli ticarət sazişi bağlaya biləcəyinə inanır

Birləşmiş Ştatlar Çinlə ədalətli olan ticarət razılaşması əldə edə bilər.

Banco.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, bu həftə İsveçrədə ABŞ-Çin məsləhətləşmələri ilə bağlı gözləntiləri ilə bağlı sualı cavablandırarkən, "Düşünürəm ki, biz həm Çin, həm də bizim üçün ədalətli bir razılaşma ilə geri dönəcəyik",- dedi.

Eyni zamanda, Tramp iki ölkə nümayəndələrinin İsveçrədəki görüşündən nəticə çıxarmasa, məyus olmayacağını bildirib:

 "Bizim artıq çox böyük işimiz var. Hazırda Çinlə iş görmürük, biz keçən il Çinə 1 trilyon dollar itirmişik, ona görə də onlarla iş görməsək, 1 trilyon dollar itirməyəcəyik".

Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini He Lifeng mayın 9-dan 12-dək İsveçrədə səfərdə olacaq və burada ABŞ-ın maliyyə naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri ilə ticarət məsələləri üzrə məsləhətləşmələr aparacaq.