Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Toyota" şirkəti 140 mindən çox avtomobilini geri çağırmaq qərarına gəlib.
Banco.az xarici mediaya istinadən xəbər verir ki, qərar "Toyota" və "Lexus" markalarını əhatə edir.
Şirkətdən verilən məlumata görə, geriçağırılma iki fərqli istehsal xətasından qaynaqlanır və bəzi modellərdə potensial təhlükəsizlik riskinlərini ehtiva edir.
"Toyota Tacoma 4×4" modellərində arxa əyləc şlanqlarının, "Toyota Camry", "Lexus RX" modellərində isə təhlükəsizlik kəmərlərinin istehsal əsnasında zədələnmiş ola biləcəyi ehtimal edilir.
Şirkət sözügedən avtomobil sahiblərini 2025-ci ilin aprel ayına qədər məlumatlandıracağını bəyan edib. Heri çağırılan avtomobillərin yoxlanılması və ehtiyat hissələrinin dəyişdirilməsi pulsuz aparılacaq.