Müəllif: Tamara Mustafayeva, Banco.az
Tokioda inflyasiya dekabr ayında da sürətini itirib.
Banco.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda inflyasiya səviyyəsi 2023-cü ilin sonuncu ayında əvvəlki aydakı 2,6 faizdən 2,4 faizə enib.
Ardıcıl iki aydır ki, sürətini itirən inflyasiya səviyyəsi bununla da 18 ayın ən aşağı səviyyəsinə düşüb.
Təzə ərzaq qiymətlərini nəzərə almayan baza inflyasiyası proqnozlara uyğun olaraq dekabr ayında 2,1 faizlə dəyişməz qalıb.
Məlumatlar göstərir ki, daha geniş qiymət meyllərinin göstəricisi kimi Yaponiya Mərkəzi Bankı (BOJ) tərəfindən yaxından izlənilən təzə ərzaq və yanacaq qiymətlərini nəzərə almayan baza inflyasiya isə noyabrdakı 3,6 faiz artımdan sonra dekabrda 3,5 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!