Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyanın paytaxtı Tokioda istehlak inflyasiyası iyul ayında bir qədər yavaşlayıb.
Banco.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda iyul ayı inflyasiyası 2,9% səviyyəsində qeydə alınıb və bu göstərici iyun ayında müşahidə olunan 3,1%-dən aşağı düşüb.
Təzə ərzaq kimi qiyməti tez dəyişən məhsullar istisna olunmaqla hesablanan əsas baza inflyasiya da iyul ayında 3,1%-dən 2,9%-ə enib. Bu göstərici iqtisadçıların gözlədiyi 3%-lik səviyyəndən aşağıdır.
Tokyo üzrə inflyasiya göstəriciləri ümumilikdə ölkə üzrə inflyasiya meylləri üçün qabaqlayıcı bir göstərici kimi qiymətləndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!