"Tesla"nın münasib qiymətə Model Y modelinin buraxılışı təxirə salınıb | Banco.az

"Tesla"nın münasib qiymətə Model Y modelinin buraxılışı təxirə salınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın çoxdan gözlənilən ucuz, ABŞ-da istehsal olunmuş versiyasının təqdimatı təxirə salınıb.

Banco.az xəbər verir ki, “Tesla” bir müddətdir üzərində işlədiyi yeni münasib qiymətli avtomobil layihəsini yenidən formalaşdırmaq qərarına gəlib. 

Şirkət daha əvvəl elan etdiyi cədvələ əsasən ABŞ-dakı istehsal prosesinin bir neçə ay gecikəcəyini bildirib. “Tesla”nın baş direktoru İlon Maskın ABŞ prezidenti Donald Tramp və Avropadakı ifrat sağçı siyasətçilərlə yaxın münasibətləri brendin nüfuzuna zərər verdiyi qeyd olunur.

Yeni modelin bu ilin ilk yarısında satışa çıxarılması planlaşdırılırdı, lakin 2025-ci ilin sonuna və ya 2026-cı ilin əvvəlinə qədər təxirə düşə bilər. Bütün bunlar “Tesla”nın satışlarının azaldığı, Maskın ifrat sağçı siyasətlərlə və ABŞ hökumətində iştirakı ilə yanaşı, Cybertruck modelinin zəif performansı səbəbindən dünyanın bir çox yerində brendin nüfuzunun aşağı düşdüyü dövrə təsadüf edir. “Tesla” bu yeni model vasitəsilə daha geniş müştəri auditoriyasına çatmağı və bazar payını artırmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram