Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla” xəbərdarlıq işıqlarında səhv şrift ölçüsünə görə ABŞ-da təxminən 2,2 milyon avtomobili geri çağıracaq.
Banco.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) elektromobil istehsalçısı “Tesla”nın xəbərdarlıq işıqlarında səhv şrift ölçüsünə görə ölkədə təxminən 2,2 milyon avtomobili geri çağıracağını açıqlayıb.
Geri çağırılacaq avtomobillər arasında “Model S”, “Model X”, 2017-2023 “Model 3”, “Model Y” və 2024 “Cybertruck” var.
Xatırladaq ki, NHTSA dekabrın 22-də isə “Tesla”nın qəza zamanı qapı qıfıllarının açılma riski səbəbindən ABŞ-da 120 min 423 avtomobilini geri çağırdığını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!