"Tesla" 2026-cı ildə Böyük Britaniyanın elektrik tədarükçüsü ola bilər | Banco.az

"Tesla" 2026-cı ildə Böyük Britaniyanın elektrik tədarükçüsü ola bilər

Müəllif:Mehin Qasımova,Banco.az

"Tesla" 2026-cı ildə Böyük Britaniyanın elektrik tədarükçüsü ola bilər.

Banco.az xəbər verir ki, Amerikanın "Tesla" şirkətinə məxsus "Tesla Energy Ventures" Britaniyanın tənzimləyici orqanı Ofgem-in saytında verilən məlumata görə, Böyük Britaniyada elektrik enerjisi təchizatı üçün lisenziya almaq üçün müraciət edib.

Sorğu təsdiq olunarsa, şirkət gələn ildən yerli sakinlərə və müəssisələrə tədarüklərə başlaya biləcək.

Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, "Tesla" günəş enerjisi və enerjinin saxlanması üçün həllər hazırlayır.

Törəmə şirkəti olan "Tesla Electric" artıq Texası elektrik enerjisi ilə təmin edir. O, 2022-ci ildə fəaliyyətə başlayıb, müştərilərə enerji istehlaklarını optimallaşdırmağa və artıq elektrik enerjisini almağa imkan verir.