Müəllif:Mehin Qasımova,Banco.az
"Huawei" "Nvidia" ilə rəqabət üçün yeni süni intellekt çipini vaxtından əvvəl təqdim edəcək.
Çinin texnologiya nəhəngi "Huawei" yeni nəsil “Ascend 960” süni intellekt çipinin satışa çıxarılma tarixini irəli çəkib.
Banco.az xəbər verir ki, “TechCrunch”ın məlumatına görə, şirkət çipin 2027-ci ilin birinci rübündə satışa çıxarılacağını açıqlayıb.
Əvvəlcə “Ascend 960”ın 2027-ci ilin üçüncü rübündə təqdim edilməsi planlaşdırılırdı.
"Huawei" nümayəndəsinin sözlərinə görə, yeni “Ascend 960” çiplərinin hazırlanması şirkətin süni intellekt sahəsində hesablama gücünü hər il təxminən iki dəfə artırmaq strategiyasının bir hissəsidir. Yeni qrafik şirkətin müvəqqəti sədri David Vanq tərəfindən Huawei Connect konfransında açıqlanıb.
"Huawei" yüz minlərlə, gələcəkdə isə milyonlarla süni intellekt çipini vahid hesablama şəbəkəsində birləşdirməyi planlaşdırır. Şirkət bu yanaşmanı “Peerium Computing Architecture” adlandırır.
Arxitektura prosessorları yaddaş, məlumat saxlama və şəbəkə avadanlıqları ilə birləşdirən “UnifiedBus” texnologiyasına əsaslanır.
