Tereza Meyin məğlubiyyəti: Britaniyanı nə gözləyir? | Banco.az

Tereza Meyin məğlubiyyəti: Britaniyanı nə gözləyir?

Hakimiyyətdə olan mühafizəkarlar partiyası İcmalar palatasındakı çoxluqdan məhrum olub, palatadakı mütləq çoxluq qazanmaq Aİ-dən çıxışla bağlı danışıqlarda uğur qazanmaq üçün olduqca zəruri idi.

Baş nazirTereza Meyin rəhbərlik etdiyi Böyük Britaniyanın mühafizəkarlar partiyası ölkə parlamentindəki çoxluqdan məhrum olub, bunu iyunun 8-də keçirilən seçkilərin nəticələri deməyə əsas verir. Böyük Britaniya seçki dairələrinin 650-sindən 629-unun səslərinin sayılması nəticəsində məlum olur ki, mühafizəkarlar palatada 304 yer əldə edib, hətta qalan məntəqələrdə səslərin sayılması onlar üçün ideal sonlansa belə, partiya palatada böyük çoxluğu qazana bilməyəcək, bu haqda iyunun 9-da Reuters məlumat verib.

Bundan öncəki parlamentdə, mühafizəkarlar İcmalar palatasında 330 yerə malik idi. Leyboristlər partiyası isə 258 yer, Şotlandiya millətçiləri 34 yer, qalan partiyalar isə 21 yer qazanıb. Bu isə onu göstərir ki, parlamentdə mütləq çoxluq yoxdur və razılığa gəlmək üçun partiyalar koalisya yaratmalı olacaq.

Böyük Britaniyanın cari baş naziri Tereza Mey, parlamentin yeni tərkibinə təzədən seçilib və artıq bəyan edib ki, qüvvədə olan partiyanın qələbəsi ölkəyə stabillik gətirəcək və Londona Avropa İttifaqından sərfəli şərtlər ilə çıxmaq imkanı verəcək. Lakin seçkinin nəticələri onun gözlədiyinin əksini deyir. 2017-ci ildə o vaxtından öncə seçkilər keçirilməsini təklif edəndə öz pozisiyalarını gücləndirməyə ümid edirdi. Amma Britaniya KİV-i hesab edir ki, seçkilərini nəticəsi ölkə üçün katastrofikdir. 

İyunun 9-da yekun nəticələr tam bəlli olduqdan sonra,  Mey müraciətlə çıxış etməlidir. Leyboristlərin lideri Ceremi Korbin artıq onu baş nazir postundan istehfa verməyə çağırırb. 

Qeyd edək ki, seçkilərdə hansı partiyanın qələbəsi Avropa İttifaqından çıxışla bağlı sonrakı prosesslərdə həlledici əhəmiyyət kəsb edəcək. 

Könül Soltanova, Banco.az