Taleh Kazımov: 10 ayda sığorta haqları 1.2 mlrd. manatı ötüb | Banco.az

Taleh Kazımov: 10 ayda sığorta haqları 1.2 mlrd. manatı ötüb

2025-ci ilin 10 ayı üzrə sığorta haqları 1,256 mln. manat, sığorta ödənişləri isə 773 mln. manat təşkil edib.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

    Mərkəzi Bankın sədri bildirib ki, sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 12.9%, sığorta ödənişləri isə 24.2% artıb. Sığorta haqlarının 76%-i könüllü, 24%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta haqlarının 57%-ni həyat, 43%-ni isə qeyri-həyat sığorta sahəsi üzrə yığımlar təşkil edib.

    “2025-ci ilin 10 ayında qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 55 mlrd. manat təşkil edib. Dövr ərzində dövlət qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 8.9 mlrd. manat olub. Hesabat dövründə qiymətli kağızların dövlət qeydiyyatı üzrə 17 mlrd. manat həcmində emissiya həyata keçirilmiş, 74 korporativ istiqraz emissiyası təsdiq edilmişdir” - Taleh Kazımov qeyd edib.