Süni intellektdə ABŞ-ın taxt-tacını silkələyən Çin tətbiqi | Banco.az

Süni intellektdə ABŞ-ın taxt-tacını silkələyən Çin tətbiqi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal texnologiya dünyası Çinin yeni süni intellekt köməkçisi “Deepseek” tətbiqindən danışır.

Banco.az xəbər verir ki, çinli startup şirkətinin öz adını daşıyan süni intellekt köməkçi tətbiqi “DeepSeek” “Apple”ın iPhone yükləmə siyahılarında zirvəyə yüksəlib və Silikon Vadisində ABŞ-ın süni intellekt sahəsində liderliyi barədə şübhələr yaradıb.

Tətbiqin süni intellekt modeli “OpenAI” və “Meta Platforms Inc.” ilə rəqabət apara biləcək səviyyədə hesab olunur. İnvestor Marc Andreessen tərəfindən “ən təəccüblü və təsirli ixtiralardan biri” olaraq təriflənən “DeepSeek” köməkçisi istifadəçinin yazılı sorğusunu və ya sualını cavablandırarkən iş prinsiplərini və məntiqini də nümayiş etdirir.

iPhone-da pulsuz yüklənənlər arasında zirvədədir

Apple”ın tətbiq mağazasında və “Alphabet Inc.”nin Android Play Store platformasında edilən şərhlərdə bu şəffaflıq yüksək qiymətləndirilir. Tətbiq ABŞ-da iPhone-larda pulsuz yüklənənlər siyahısında birinci yerə çıxıb və Play Store-da ən çox yüklənən məhsuldarlıq tətbiqləri arasında yer alıb. 

“Bloomberg Intelligence”dən Robert Lea və Jasmin Lyunun fikrincə, Çinin süni intellekt sahəsindəki strateji hədəfləri növbəti 24 ay ərzində bəhrə verməyə davam edəcək və ölkə yarımkeçirici təchizatında mövcud çətinliklərə baxmayaraq ABŞ ilə inkişaf səviyyəsi arasındakı fərqi daha da azaldacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram