Süni intellekt minlərlə insanı işsiz qoyub | Banco.az

Süni intellekt minlərlə insanı işsiz qoyub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Süni intellekt texnologiyalarının sürətlə yayılması qlobal miqyasda iş dünyasını kökündən dəyişməsinə səbəb olur. Bu dəyişiklik məşğulluğa da birbaşa təsir göstərir.

Banco.az xəbər verir ki, ABŞ-da yerləşən “Challenger, Gray & Christmas” konsaltinq şirkəti tərəfindən dərc edilmiş son hesabat bu təsirlərin artıq məhdud deyil, daha çox sistemli olduğunu göstərir.

Hesabata görə, təkcə ABŞ-də süni intellektlə bağlı iş itkiləri iyul ayında 10 mini keçib.

İyul ayı ümumilikdə 806,000-dən çox iş yerinin itirilməsi ilə nəticələnib ki, bu da pandemiyadan bəri ən yüksək işdən çıxarılma səviyyəsidir. Xüsusilə texnologiya sektoru 89,000-dən çox iş yerinin itirilməsi ilə ən çox zərbəyə məruz qalıb.

Bu rəqəmin ən azı 27,000-nin süni intellektdən istifadə ilə birbaşa əlaqəli olduğu bildirilir. Məlumatlar göstərir ki, süni intellekt alətləri təkcə işdən çıxarmaları deyil, həm də işə qəbul olunma prossesini də sürətlə dəyişdirir.

Karyera platforması Handshake tərəfindən paylaşılan məlumatlara görə, yeni məzunlar üçün mövcud olan vakansiyaların sayı bir il əvvəllə müqayisədə 15 faiz azalıb.

İş elanlarında “AI” termininin istifadəsi isə 400 faiz artıb. Bu artım süni intellekt üzrə bilik və bacarıqları olmayan namizədlər üçün əmək bazarında əhəmiyyətli bir dezavantajdır.

Süni intellektin yaratdığı transformasiya sadəcə texnoloji sıçrayış deyil, həm də sosial-iqtisadi yenidənqurma dövrünə işarə edir. Bəzi texnoloji liderlər bu transformasiyanın universal əsas gəlir kimi həll yolları vasitəsilə işsiz şəxslərə dəstək ola biləcəyini desələr də, mövcud reallıq bu fikirlərin hələ konkret nəticə vermədiyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram