“Stellantis” “Maserati” üçün “Huawei” və “JAC” ilə danışıqlar aparır | Banco.az

“Stellantis” “Maserati” üçün “Huawei” və “JAC” ilə danışıqlar aparır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Stellantis” “Maserati” üçün “Huawei” və “JAC” ilə danışıqlar aparır.

Banco.az xəbər verir ki, avtomobil nəhəngi “Stellantis”in çətin vəziyyətdə olan lüks markası “Maserati” üçün Çin şirkətləri “Huawei” və “JAC Group” ilə uzunmüddətli sənaye əməkdaşlığı barədə danışıqlar apardığı bildirilib.

Məsələyə yaxın iki mənbə “Reuters”ə açıqlamasında tərəflər arasında “Maserati”ni əhatə edən əməkdaşlıqla bağlı danışıqların davam etdiyini bildirib.

“Stellantis”in baş icraçı direktoru Antonio Filosa bu ilin əvvəlində qrupun yeni uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biri kimi “Maserati” də daxil olmaqla daha çox istehsal tərəfdaşlığı üzərində çalışdıqlarını açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram