Müəllif - Fərid İslamov - Banco.az
Milyarder İlon Maska məxsus olan X sosial şəbəkəsi (əvvəllər Twitter kimi tanınan) yeni səhmlərin satışı nəticəsində investorlar tərəfindən təxminən 1 milyard dollar cəlb edib. Bu əməliyyat çərçivəsində şirkətin dəyəri 32 milyard dollar olaraq qiymətləndirilib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat verir.
Mask, 2022-ci ildə sosial şəbəkəni 44 milyard dollara alıb və bu məbləğin böyük bir hissəsini borc vəsaitləri ilə ödəyib.
Mənbələrin bildirdiyinə görə, İlon Mask özü də bu yeni maliyyələşdirmə raundunda iştirak edib və bu prosesdə Darsana Capital Partners adlı investisiya şirkəti də yer alıb. X, cəlb edilmiş vəsaitin bir hissəsini borcların ödənilməsinə yönəltməyi planlaşdırır.
X və Darsana nümayəndələri şərh tələbinə cavab verməyiblər.