Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Meta-nın Facebook və İnstaqram platformlarının reklam xərcləri 2024-cü ildə 75 milyard dolları keçib.
Banco.az xarici KİV-ə istinadən xəbər verir ki, hesablamalara görə, Facebookda hər gün təxminən 250 milyon istifadəçi orta hesabla 30 dəqiqə keçirir.
Ən yüksək gəlir sıralamasında ilk yerdə məhz Facebook qərarlaşıb. Onun cari ilin ilk rübü üzrə rəqəmsal reklam xərcləri 36,3% artım göstərərək 42,5 milyard dollara çatıb. Həmin faizlər üzrə 2-ci yerdə İnstagramdır. Burada 27,5% faiz artımla 32,2 milyard dollar qazanc əldə edilib.Sonrakı sıralamada 15,5% artım və 18,1 milyard dollarla YouTube-dir. TikTok 9,5% və 11,1 milyard dollar, həmçinin LinkedIn 4,8% və 5,6 milyardla ilk beşlikdə qərarlaşıblar.
Qeyd edək ki, sosial media reklamlarının populyarlığının əsas səbəblərindən biri minimal xərclərlə geniş auditoriyaya çatmaq imkanıdır. Bu platformalar sürətli və kütləvi tanıtım üçün əlverişli şərait yaradır. Bundan əlavə, sosial şəbəkələrdə reklam yerləşdirərkən vergi öhdəliklərini də nəzərə almaq vacibdir. Azərbaycan qanunvericiliyinə əsasən, qeyri-rezidentə məxsus sosial şəbəkədə reklam yerləşdirilməsi üçün ödənişlərdən 10% ödəmə mənbəyində vergi tutulur və 18% ƏDV hesablanır. sosial şəbəkələrdə reklam xərcləri çevikdir və müxtəlif büdcələrə uyğun tənzimlənə bilər. Reklam kampaniyasının effektivliyini artırmaq üçün hədəf auditoriyanın dəqiq müəyyən edilməsi və uyğun məzmunun hazırlanması tövsiyə olunur.