Müəllif:Mehin Qasımova,Banco.az
Aparıcı səyahət jurnalı tərəfindən 1000 nəfər arasında keçirilən geniş sorğunun nəticələrinə əsasən, son 10 ilin ən yaxşı tətil məkanları müəyyən edilib.
Banco.az xəbər verir ki, araşdırmada ən çox ziyarət edilən ölkələr deyil, turistlərin ən yüksək məmnun qaldığı istiqamətlər ön plana çıxarılıb.
Sorğunun nəticələrinə görə, Yaponiya siyahıda birinci yerdə qərarlaşıb. Daily Express nəşrinin yaydığı məlumata əsasən, bu ölkəyə səfər edən hər 100 nəfərdən 37-si səyahətini “son 10 ilin ən yaxşı tətili” kimi qiymətləndirib.
Ekspertlər Yaponiyanın uğurunu ənənəvi mədəniyyətlə müasir texnologiyanın unikal vəhdəti ilə izah edirlər. Xüsusilə paytaxt Tokyo və tarixi Kioto şəhərləri dünyanın ən yaxşı tətil məkanları sırasında yer alaraq bu nəticəni möhkəmləndirib.
Yaponiyadan sonra ən yüksək məmnuniyyət göstəricilərinə malik ölkələr bunlardır:
- Kanada
- Yeni Zelandiya
- Vyetnam
- Avstraliya
Mütəxəssislər hesab edir ki, uzun məsafəli səyahətlər turistlərə daha fərqli və dərin təcrübələr qazandırdığı üçün onlar bu səfərləri daha dəyərli hesab edirlər.
Sorğunun ən diqqətçəkən nəticələrindən biri isə Avropanın məşhur turizm istiqamətlərinin aşağı sıralarda qərarlaşması olub. Dünyanın ən çox ziyarət edilən ölkələri sırasında olan Fransa və İspaniya məmnuniyyət baxımından gözlənilən nəticəni göstərməyib.
Böyük Britaniya isə ziyarətçi sayına görə lider olsa da, iştirakçıların yalnız 17%-i bu ölkəni “ən yaxşı tətil məkanı” adlandırıb. Siyahının sonunda Macarıstan (1%) və Misir (2%) qərarlaşıb.
