Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin fevral ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 328 ədəd təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Ümumi bankomatların 1 785-i Bakının, 1 543-ü regionların payına düşüb.
İllik müqayisədə ümumi bankomatların sayı 212 ədəd, Bakı şəhəri üzrə 175 ədəd, regionlarda isə 37 ədəd artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!