2014-cü ilin ilk yeddi ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dövlət büdcəsinə ödənişləri 1 117,6 milyon manat təşkil edib.
Bu haqda ARDNŞ məlumat yayıb.
Məlumata əsasən, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 197 milyon 969 min manat və ya 21,5% çoxdur.
Həmçinin məlumatda qeyd edilir ki, təkcə ötən ay ARDNŞ tərəfindən dövlət büdcəsinə 149,3 milyon manat vəsait ödənilib. Bu, 2013-cü ilin iyul ayı ilə müqayisədə 15,2 milyon manat və ya 11,3 faiz çoxdur.
Bundan əlavə, cari ilin iyul ayında Şirkət Dövlət Sosial Müdafiə Fonduna 11,26 milyon manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 83,5 milyon manat təşkil edib.
"Banklar və Biznes" Jurnalı