Siyasi böhran Fransa iqtisadiyyatını ağır vəziyyətdə qoyur | Banco.az

Siyasi böhran Fransa iqtisadiyyatını ağır vəziyyətdə qoyur

Müəllif:Mehin Qasımova,Banco.az

Fransada azlıq hökümətinin çökə bilmə ehtimalı siyasi qeyri-müəyyənliyi artıraraq investorların yenidən risklərə fokuslanmasına səbəb olub və bu inkişaf Fransa səhm və istiqrazlarında kəskin satışlara yol açıb.

Banco.az xəbər verir ki, 2024-cü il dekabrın 4-də Barnier hökumətinin dağılmasından sonra müxalifətlə 2025-ci il büdcəsi ilə bağlı razılığa gələ bilməyən Fransua Bayru hökuməti sentyabrın 8-də etimad səsverməsinə hazırlaşır.Ancaq müxalifətlə müsbət danışıqlara nail olunmasa, Fransa yenidən hökumətsiz qala bilər.

Ekspertlər prosesin 2024-cü ilin iyununda Milli Assambleyanın buraxılması ilə başlayan siyasi qeyri-sabitlikdə yeni dönüş nöqtəsi ola biləcəyini və bunun maliyyə bazarlarını sarsıdacaq yeni turbulentlik yaratmaq riskini daşıdığını bildirirlər.

Baş nazir Bayrounun sürpriz etimadsızlıq bəyanatından sonra Fransanın CAC40 indeksi bazar ertəsi 1,6 faizlik enişin ardından dünən 1,5 faiz azalıb. Bank nəhəngləri BNP Paribas və Societe Generale 6 faizdən çox ucuzlaşıb. Bu arada, Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 3,53 faizə yüksəlib ki, bu da 2025-ci ilin martından bəri ən yüksək səviyyədir. Hazırda həmin istiqrazlar üzrə gəlirlilik 3,50 faiz təşkil edir.

Avrozonanın ikinci ən böyük iqtisadiyyatı olan Fransa dövlət borcunun ÜDM-ə nisbətinə görə Avropa İttifaqında (Aİ) üçüncü yerdədir və 113 faizdir. Ölkə həm də 5,8 faizlə ən yüksək büdcə kəsirinə malik ölkələrdən biridir.