Sığorta haqları kommunal xərclərin bir hissəsinə çevrilə bilər | Banco.az

Sığorta haqları kommunal xərclərin bir hissəsinə çevrilə bilər

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkəmizdə daşınmaz əmlakın sığortasının inkişafı ilə bağlı tədbirlər planını təklif edir.

ASA-nın rəhbəri Orxan Bayramov məsələ ilə bağlı açıqlamasında bildirib ki, ölkədə daşınmaz əmlak sığortasının inkişafı üçün nəzərdə tutulmuş tədbirlər fəlakət risklərindən sığortanı əhatə edir.

"Hal-hazırda biz sığorta xidmətlərinin məhz bu növünün effektiv inkişafını təmin etmək məqsədilə beynəlxalq təcrübəyə müraciət etmişik. Sığorta haqqının hissə-hissə ödənilməsi və bu vəsaitin sığorta şirkətləri tərəfindən yox, kommunal xidmət göstərən təşkilatlar tərəfindən yığılması alternativ variant kimi nəzərdən keçirilir", deyə O.Bayramov bildirib.

Sevinc İbadova/Banco.az