Müəllif: Tamara Mustafayeva, Banco.az
“Shell” neft və qaz biznesinin zəifləməsi səbəbindən ikinci rübdə şirkətin mənfəətinin azalacağını bildirib.
Banco.az xəbər verir ki, “Shell Plc” ikinci rüb maliyyə nəticələrinin şirkətin əsas gəlir mənbələrindən biri olan neft və qaz ticarətindən gözlənilən töhfənin zəif qalması səbəbilə mənfi təsirlənəcəyini bildirib.
“Shell” bu gün verdiyi açıqlamada ticarət və optimizasiya bölmələrindən gələn gəlirlərin neft və qaz ticarətini əhatə edən seqmentlərdə əvvəlki rüblə müqayisədə daha aşağı olacağını qeyd edib.
“Shell”in geniş, lakin qeyri-şəffaf ticarət bölməsi şirkətin ən böyük mənfəət mənbələrindən biri kimi ön plana çıxır. Şirkətin baş direktoru (CEO) Vael Savan mart ayında verdiyi açıqlamada “Shell”in investorlarının son on ildə bircə rübdə belə zərər etmədiyini bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!