Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanı neft qiymətlərini son 26 ilin ən aşağı səviyyəsinə endirib.
Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiya bazarı üçün nəzərdə tutulan “Arab Light” markalı xam neftin rəsmi satış qiymətini son 26 ilin ən böyük endirimi ilə aşağı salıb.
Qlobal neft təklifinin artması fonunda alıcılar uğrunda rəqabətin gücləndiyi bir dövrdə Səudiyyə Ərəbistanı Asiyadakı müştərilər üçün əsas xam neft növlərinin qiymətlərində ciddi endirimlər edib. Bununla da ölkə 2020-ci ildə qiymət müharibəsinə başladığı vaxtdan bəri ilk dəfə nefti endirimli qiymətlə satışa çıxarıb.
“Bloomberg”in əldə etdiyi qiymət siyahısına əsasən, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” gələn ay üçün “Arab Light” markalı neftin qiymətini hər barel üzrə 11 dollar azaldaraq regional etalon qiymətdən 1,50 dollar aşağı müəyyən edib. Şirkət daha əvvəl bu neft növünü yalnız 2015 və 2020-ci illərdə baş vermiş qiymət müharibələri zamanı endirimli qiymətlə satmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
