Səudiyyə Ərəbistanı Asiya və Avropa üçün neft qiymətlərini kəskin artıracaq | Banco.az

Səudiyyə Ərəbistanı Asiya və Avropa üçün neft qiymətlərini kəskin artıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Səudiyyə Ərəbistanı mart ayında Asiya və Avropa ölkələrindən olan alıcılar üçün neftin qiymətini kəskin artıracaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin dövlət neft şirkəti "Saudi Aramco" məlumat yayıb.

Məlumata görə, Asiyaya tədarük edilən əsas növ "Arab Light" neftinin qiyməti bir barel üçün 2,4 dollar artırılacaq. Bu, 2022-ci ilin avqustundan bəri ən yüksək dinamikadır.

Qeyd olunur ki, nəticədə bu növ Oman/Dubay neft səbətindən bir barel üçün 3,9 dollar baha olacaq.

Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün qiymətlər bir barel üçün 3,2 dollar, ABŞ-dən olan alıcılar üçün isə 0,1-0,3 dollar artacaq.