ABŞ-də pərakəndə satışlar gözləniləndən yüksək artıb | Banco.az

ABŞ-də pərakəndə satışlar gözləniləndən yüksək artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də pərakəndə satışlar gözləniləndən yüksək artıb.

Banco.az xəbər verir ki, ABŞ Statistika Bürosu avqust ayı üzrə pərakəndə satış göstəricilərini açıqlayıb.

Məlumata görə avqust ayında pərakəndə satışlar aylıq müqayisədə 1,2 faiz artaraq 0,8 faizlik gözləntini üstələyib. İyul ayında pərakəndə satışların 0,5 faiz azaldığına dair göstərici yenilənib. İllik əsasda isə pərakəndə satışlar 8,6 faiz artıb.

Avtomobillər istisna olmaqla pərakəndə satışlar aylıq müqayisədə 1,4 faiz artaraq 0,4 faizlik gözləntidən xeyli yüksək nəticə göstərib.

Avtomobil və benzin istisna olmaqla pərakəndə satışlar aylıq əsasda 1,2 faiz artıb.

Hesabata görə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olan istehlakçılar yenidən bahalaşan enerji qiymətlərinə və davam edən inflyasiyaya baxmayaraq xərcləmələrini davam etdirirlər.

Hesabatda yer alan 13 pərakəndə satış kateqoriyasından 12-də, o cümlədən yanacaqdoldurma məntəqələri və onlayn pərakəndə satış şirkətlərində artım qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram