Rusiyanın qızıl ehtiyatları dekabrda ilk dəfə olaraq 300 milyard dollar həddini keçərək 310,7 milyard dollara yüksəlib.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiyanın beynəlxalq ehtiyatları noyabrın 1-də 725,8 milyard dollardan dekabrın 1-də 734,6 milyard dollara yüksəlib.
Maraqlıdır ki, bu dövrdə qızıl ehtiyatları tarixdə ilk dəfə olaraq 300 milyard dollar həddini keçib.
2007-ci ilin iyununda Rusiyanın ehtiyatlarında qızılın payı 2,1 faizə düşdüyü halda, hazırda 42,3 faizə çatıb.
Beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və Rusiya hökuməti tərəfindən idarə olunan xarici valyuta, valyuta, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.
Qərb ölkələri Ukraynadakı müharibəyə görə Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən yarısına çıxışı dondurub.
