Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyanın ən varlı iş adamlarının sərvəti bir ayda 19,4 milyard dollar artıb.
Banco.az xəbər verir ki, Bloomberg Billionaires Index-in məlumatına görə, 2026-cı ilin yanvar ayında Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 19,392 milyard dollar artıb.
Siyahıda ilk yerlərdə metallurgiya, energetika və neft-qaz sektorunun nəhəng şirkətlərinin sahibləri qərarlaşıb.
"Norilsk Nikel" şirkətinin prezidenti Vladimir Potanin ilin əvvəlindən bu yana sərvətini 3,46 milyard dollar artıraraq 29,9 milyard dollara çatdırıb.
"EuroChem" və "SUEK" şirkətlərinin həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 2,83 milyard dollar artaraq 21,8 milyard dollara yüksəlib.
Novatek-in baş direktoru Leonid Mikhelson 2026-cı ilin yanvar ayında 1,93 milyard dollar qazanaraq sərvətini 25,6 milyard dollara çatdırıb.
"Lukoil "neft şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvəti isə 1,55 milyard dollar artaraq 24,1 milyard dollara yüksəlib.
Qeyd edək ki, "Bloomberg" 2012-ci ilin mart ayından etibarən dünyanın ən varlı 500 nəfərinin sərvətindəki dəyişiklikləri izləyən Bloomberg Billionaires Index-i dərc edir.
Siyahıda ən böyük itkiyə məruz qalan şəxs Telegram-ın həmtəsisçisi Pavel Durov olub. Onun sərvəti 786 milyon dollar azalaraq 13,6 milyard dollara düşüb.
