Rusiyanın dövlət borcu 1 trilyon rubl artıb | Banco.az

Rusiyanın dövlət borcu 1 trilyon rubl artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Rusiyanın dövlət borcu bu ilin doqquz ayında 4,3% artaraq 26,7 trilyon rubl təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Qeyd olunub ki, daxili dövlət borcunun həcmi 948,059 milyard rubl (4,6%) artaraq 21,761 trilyon rubl olub. Xarici dövlət borcu isə 163,445 milyard rubl (3,4%) artaraq bu ilin oktyabrın 1-nə 4,946 trilyon rubl təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, bu ilin üçüncü rübünün nəticələrinə görə, Rusiyanın xarici borcunun ümumi daxili məhsula nisbətdə səviyyəsi rekord həddə - 14,5%-ə qədər düşüb.

Son illərdə ölkədə xarici borcun davamlı azalması müşahidə olunur. Əgər 2020-ci ildə onun səviyyəsi 31% idisə, 2022-ci ildə əhəmiyyətli dərəcədə azalaraq 16,8%-ə düşüb. Ötən ilin sonuna borc yükü 15,7%-ə çatıb. 2023-cü ilin ikinci rübündən sonra bir qədər azalaraq 14,9% təşkil edib.