Rusiyada "Google", "Telegram" və "Microsoft" şirkətləri cərimələnib | Banco.az

Rusiyada "Google", "Telegram" və "Microsoft" şirkətləri cərimələnib

Müəllif:Mehin Qasımova,Banco.az 

Rusiyada "Google", "Telegram" və "Microsoft" qadağan olunmuş məzmunu silmədiklərinə görə ümumilikdə 11,1 milyon rubl (təxminən 130 min ABŞ dolları) məbləğində cərimələnib.

Banco.az xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkətlərə qarşı qaldırılan işlər üzrə qərar qəbul edib.

Məhkəmə platformaların qanunla tələb olunan məzmunun silinməsi öhdəliyini yerinə yetirmədiyini müəyyənləşdirib.

Rusiyada Google, Telegram və Microsoft-la yanaşı, "Apple" və "TikTok" kimi digər xarici texnologiya şirkətləri də əvvəllər qadağan olunmuş məzmunu silməmək və ölkənin qanuni tələblərinə əməl etməmək səbəbilə müxtəlif məbləğlərdə cərimələnib.