Rusiya təbii qaz hasilatının azaldığını açıqlayıb | Banco.az

Rusiya təbii qaz hasilatının azaldığını açıqlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya təbii qaz hasilatının azaldığını açıqlayıb.

Banco.az xəbər verir ki,Rusiyanın energetika naziri Sergey Tsivilev Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasında ölkəsinin enerji sektorundakı vəziyyəti dəyərləndirib.

Rusiyanın energetika naziri Tsivilev, ölkəsinin neft hasilatının ilin ilk 5 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 211 milyon tona, təbii qaz hasilatının isə 3 faiz azalaraq 290 milyard kubmetrə düşdüyünü bildirdi.

Rusiyanın kömür hasilatının ilin ilk 5 ayında 0,1 faiz artaraq 187 milyon tona çatdığını qeyd edən Tsivilev bildirib ki, ödənişlərlə bağlı çətinliklər yaşayırıq.

"İndi əməkdaşlıq etdiyimiz hər bir ölkə ilə bu məsələni ayrı-ayrılıqda həll edirik. Ödənişlərin milli valyutalarla edilməsində ciddi irəliləyiş əldə etdik",- dedi.

Tsivilev qeyd edib ki , sözügedən dövrdə Rusiyada neft hasilatı 3,5 faiz azalaraq 211 milyon tona,təbii qaz hasilatı isə 3 faiz azalaraq 290 milyard kubmetrə düşüb.