Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 14 martdan 21 martadək 8,5 milyard dollar artaraq 650,4 milyard dollara çatıb | Banco.az

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 14 martdan 21 martadək 8,5 milyard dollar artaraq 650,4 milyard dollara çatıb

 Müəllif - Fərid İslamov - Banco.az

Rusiya Bankının məlumatına görə, 21 mart tarixinə olan vəziyyətə görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 650,4 milyard dollar təşkil edib.

14 mart tarixinə olan göstərici isə 641,9 milyard dollar idi. Beləliklə, bir həftə ərzində ehtiyatlar 8,5 milyard dollar artıb.

Beynəlxalq ehtiyatlar, Rusiya Bankı və Rusiya Federasiyası hökumətinin sərəncamında olan yüksək likvidli maliyyə aktivlərini təmsil edir. Bu ehtiyatlar aşağıdakılardan ibarətdir:

  • Xarici valyutada olan aktivlər,

  • Monetar qızıl,

  • Xüsusi borclanma hüquqları (SDR - special drawing rights, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən istifadə edilən hesablaşma vahidi),

  • BVF-də ehtiyat mövqeyi və digər ehtiyat aktivləri.