Müəllif:Mehin Qasımova/Banco.az
2023-cü ilin oktyabr ayında Rusiya Brazilyaya ümumi həcmi təxminən 133 milyon dollar olan 207 min tondan çox neft göndərib.
Banco.az xəbər verir ki, bu rəqəm 1997-ci ildən bəri rekord göstəricidir. İki ölkə arasında ticarət əlaqələri bütün dövrü ərzində həm həcm, həm də dəyər baxımından rekord həddə çatıb.
Braziliya iki illik fasilədən sonra sentyabr ayında Rusiya neftinin idxalını bərpa edib. Oktyabrda bu rəqəm 2,5 dəfə artaraq 207,4 min tona və ya təxminən 1,5 milyon barelə çatıb. Xammal idxalının ümumi dəyəri də kəskin şəkildə - 2,8 dəfə artaraq 133,25 milyon dollara çatıb. Neft ixracının kəskin artması Rusiyaya Braziliya üçün ən böyük üç xammal təchizatçısından birinə çevrilməyə imkan verib.
Qeyd edək ki, Rusiya Qərb limanlarından neft ixracı üzrə noyabr planını azaldıb. Gündə 0,3 milyon azalma əsasən Rusiya şirkətlərinin yerli neft emalı zavodlarına yükü artırmaq planları ilə bağlı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!