Rüfət Aslanlı bank rəhbərləri ilə görüşüb | Banco.az

Rüfət Aslanlı bank rəhbərləri ilə görüşüb

Bir qədər əvvəl Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvlərinin görüşü keçirilib.

Görüş otellərdən birində baş tutub.

Təqribən 3 saat davam edən toplantıda MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, ABA-nın sədri Zakir Nuriyev, ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri iştirak ediblər. 

Palatanın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin rəhbəri Asim Zülfüqarov 2016-cı ilin yekununda bank sektorunda əldə olunmuş nəticələrlə bağlı təqdimatla çıxış edib.

Bundan başqa, görüşdə Azərbaycanın bank sektorundakı problemlər, sektorun sabitləşdirilməsi istiqamətində atılan və gələcəkdə atılacaq addımlar müzakirə edilib, o cümlədən ölkədəki depozit portfelinin əsasən böyük banklarda cəmləşməsindən narahatlıq ifadə olunub, kiçik bankların da bu imkandan yararlanması yolları barədə fikir mübadiləsi aparılıb.

Görüş barədə MBNP-nin rəsmi açıqlama yayacağı gözlənilir.      

Mənbə: Report.az