“Rəqəmsal sui-qəsd” riski ilə üzləşmək təhlükəsi artır” - AÇIQLAMA | Banco.az

“Rəqəmsal sui-qəsd” riski ilə üzləşmək təhlükəsi artır” - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Rəqəmsal dövrdə  “Elektron müharibə” ilə üz-üzəyik. Üzərimizdə daşıdığımız və ya sabit istifadə etdiyimiz elektron cihazlar artdıqca və məlumatlarımız rəqəmsal mühitdə keçdikcə “Rəqəmsal sui-qəsd” riski ilə üzləşmə təhlükəsidə artır”.

Bu fikirləri  Azərbaycan İnformasiya, Rabitə və Texnologiyalar Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

O hesab edir ki,  rəqəmsal dövrün ən böyük təhlükələrindən biri də "Elektron Müharibə Texnikaları və Rəqəmsal Sui-qəsdlər"dir.  

“Kiber sənaye bu sahədə yeni bir mərhələ açaraq, rəqəmsal sui-qəsd anlayışını daha da dərinləşdirir. "Elektron Müharibə" və "Rəqəmsal Sui-qəsdlər" müasir və ya hibrid müharibələrinin ən kritik komponentlərindən biridir və bu sahədəki inkişaflar gələcək münaqişələrin və müharibələrin gedişatını müəyyən edəcəkdir.

Livanda baş verən rəqəmsal sui-qəsdlər göstərdi ki, kiber müharibələrdə elektron cihazlara kiber müdaxilə ilə mülki insanlar kütləvi şəkildə hədəfə çevrilə bilər. Bu cür sui-qəsdlərdə istifadə etdiyimiz elektron cihazlar və onların daxilindəki partlayıcı maddələrdən istifadə edilə bilər.

Düşünürəm ki, inkişaf etmiş ölkələr rəqəmsal sui-qəsdlərdən müdafiə strategiyası formalaşdırmağa başlayıb”:

Artıq bir neçə ölkədə "Kiber ordu" formalaşdığını vurğulayan ekspert onu da qeyd edib ki,  rəqəmsal transformasiyadan öncə güclü kiber müdafiə hazırlığı olmalıdır.