Müəllif: Tamara Mustafayeva, Banco.az
Rəqəmsal rublun sınaq prosesində daha 17 bank da iştirak edəcək.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı bəyanat yayıb.
Bəyanatda rəqəmsal rublun sınaq müddətində araşdırmaların davam etdiyi qeyd edilib.
Sınaq mərhələsində iştirak edənlərin siyahısının getdikcə genişlənəcəyi vurğulanan bəyanatda bildirilib ki, ölkənin ən böyük bankı “Sberbank”, “Tinkoff” və “Expobank” da daxil olmaqla ümumilikdə 17 bankın prosesdə iştirakına qərar verilib.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı ən azı 2025-ci ilə qədər davam edəcəyi gözlənilən rəqəmsal rublun sınaq prosesinə ötən il başlayıb. Hazırda sınaq prosesində 13 bank, 600-ə yaxın şəxs və 30-a yaxın maliyyə qurumu iştirak edir.
Bizi sosial şəbəkələrdən izləyin!!