Maliyyə ekosistemində rəqəmsal ödənişlər sahəsində yeni nailiyyətlərin əldə edilməsi və bençmark olaraq qəbul edilmiş ölkələrlə rəqabət aparılması üçün cari ildə Mərkəzi Bank nəzdində innovativ hab yaradılmalıdır.
Bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, bu addım həmçinin Ani Ödənişlər Sistemindən (AÖS) daha aktiv nüvə komponenti olaraq istifadə edilməsi, innovativ həllərin tətbiqi üzrə düzgün planlaşdırmanın aparılması və real məhsulların tətbiqinin təşviqi üçün zəruridir.
“Bank hesablarının məsafədən açılması prosedurunun təkmilləşdirilməsi, habelə rəqəmsal bankçılıq sahəsində qanunvericilik bazasının formalaşdırılması üzrə işlərin görülməsini də zəruri hesab edirik” - ABA sədri əlavə edib.
apa