"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR | Banco.az

"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİRTenderin adı: “Bakıxanov filialının təmir işləri”

Tenderin elan tarixi: 05.03.2026

Tenderin son tarixi: 19.03.2026, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
  • İşin icra müddəti qeyd edilməsi mütləqdir
  • Tikinti işləri ilə əlaqədar lisenziyanın olması
  • Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
  • Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
  • İştirakçının dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olması
  • Materialların və avadanlıqların markasının, modelinin, istehsalçı ölkəsinin təklifdə qeyd olunması
  • İcra müddətinin təklifdə göstərilməsi mütləqdir.

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı
  • Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında rəsmi arayış
  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç.71) ünvanına  göndərilməlidir.
  • Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.